Qan Turalının Dədə Qorqud fikri qalmaqal yaratdı ALİMİN CAVABI

Qan Turalının Dədə Qorqud fikri qalmaqal yaratdı ALİMİN CAVABI
calendar 21 oktyabr 2015
clock 10:45

Yazıçı Qan Turalının sim-sim.az saytına müsahibəsində “Kitabi-Dədə Qorqud” dastanının folklor deyil, yazılı ədəbiyyat nümunəsi olduğu barədə fikirlərinə qorqudşünas alim, filologiya elmləri doktoru Yeganə İsmayılovadan cavab gəlib. Yeganə İsmayılova Kulisə yolladığı yazılı açıqlamasında dastanın birmənalə şəkildə folklor nümunəsi olduğunu bildirib: “Kitabi-Dədə Qorqud” dastanları həmişə ilk növbədə folklor və yazılı ədəbiyyat aspektində yanaşma tələb etmişdir. Bu çox mühüm və nəzərə alınması son dərəcə vacib yanaşmadır. “Kitabi-Dədə Qorqud” bütün hallarda folklor abidəsidir. Folklor abidəsinin bütün quruluş elementləri (mövzu, məzmun, forma, obraz, süjet, motiv, epizod, bədii dil, onun təsvir və ifadələr sistemi və s.) istisnasız şəkildə qanunauyğunluqlara tabedir və heç bir halda ondan qırağa çıxmır. Folklor mətnin poetikası yazılı ədəbiyyatın poetikası biri-birilə qırılmaz şəkildə bağlıdır.”

Qorqudşünas alim dastanın təhkiyəsi haqqında da danışıb: “Dastanı söyləyən aşıq deyir ki, Dədəm Qorqud deyərdi. Müqəddimədə də ilk cümlədə belə deyilir: “Məhəmməd peyğəmbərin zamanına yaxın Oğuz elindən bir ər qopdu, adına Dədəm Qorqud deyərdilər.” Xana söyləyən aşıq Dədə Qorqudun dilindən söyləyənləri danışır. Yenə də təkrar edirəm, bütün hallarda “Kitabi-Dədə Qorqud” folklor nümunəsidir, şifahi dildən yazıya alınıb, bizə isə yazılı şəkildə çatıb.”

Qan Turalı Sim-Sim.Az saytına açıqlamasında Dədə Qorqud dastanı haqda bu fikirləri demişdi: “Dədə Qorqud” dastanını Fridrix fon Dits XIX əsrdə üzə çıxardıb. Lakin maraqlısı budur ki, bu dastanın motivlərinə, ordakı ayrı-ayrı adlara biz yazılı ədəbiyyat tariximizdə rast gəlmirik. Misal üçün nə Nizami bu dastana istinad edib, nə də Füzuli. Aşıq ədəbiyyatımızda da bu dastana göndərmələr yoxdur. Bu barədə mən özüm də bir az araşdırmışam və mütəxəssislərlə də danışmışam. Çox qəribə məsələdir. Biz bu haqda postmodern roman da yaza bilərik.

Hə, bir başqa məsələ də var. Bu dastanın nəyə görə folklor nümunəsi kimi qəbul edildiyi də mənə naməlumdur. Bu dastanın Dədə Qorqudun dilindən söylənilib və məncə onun müəllifi kimi Dədə Qorqudu qəbul etmək lazımdır. Belə olan halda isə o folklor mənasını itirir. Homer də eyni cürdür. Dədə Qorqudun folklor müstəvisindən çıxardılması bizim yazılı ədəbiyyatın tarixini də bir neçə əsr qədimləşdirəcək.

Nurlan Ağa

# 1010 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news