Paltar qoxusu kimi xatırlayıram onu – Fərid Hüseyndən YENİ ŞEİR

Paltar qoxusu kimi xatırlayıram onu – <span style="color:red;">Fərid Hüseyndən YENİ ŞEİR
calendar 16 noyabr 2017
clock 14:13

Kulis.az gənc şair Fərid Hüseynin yeni şeirini təqdim edir.

Qəlbin qürbətində,
ağlın vətənində,
yaşayacam haçanacan?
Həsrətimi danışsam
göz yaşlarınızın boyu uzanar
dar ağacınacan.

Susuram,
susuram,
susuram,
səsimi qəlbimin dənizinə tökülən
lallığımda boğuram...

Ətrini getdiyi hər yerdə
miras qoyan
bir qadını xatırlayıram.

Onunla mənə maraqlıydı,
istərdim ki,
nə etsəm o saat bilsin,
yersiz söz salardım
son xəbərlərimdən,
elə bilərdim heyrətlənəcək,
təəccübdən gözləri alacalanacaq,
və mənim əksim daha
böyük görünəcək gözlərində.

Mənim sevgimdə bir qocalıq vardı,
məni danışdıra bilənləri sevərdim,
İndi ilk dərs günü geydiyim
paltar qoxusu kimi xatırlayıram onu,
hər gün bayram olmur ömür,
dəftərimi cıran müəllimə
əlləri də yadıma düşür.

Dəyməzdi,
dəyməzdi,
daha gözəl şeylər vardı yaşamağa,
ancaq onlara da dəyməzdi.

Çətini filmi yox,
filmin bitdiyini anlamaqdı.
bir dəqiqə vaxtım vardı,
baxdım,
baxdım,
baxdım:
dünya maraqlıydı.

Ömürsə qısadı
köynəklərimizi
köhnəltməyə çatmır,
yatmır,
yatmır,
yatmır
tale laylamıza yatmır.

# 3893 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news