“Komplementlə rübəndin üstündən öpüş eyni şeydir”

“Komplementlə rübəndin üstündən öpüş eyni şeydir”
calendar 28 noyabr 2012
clock 08:00

Kulis.az məşhur Fransız yazıçısı Viktor Hüqonun (1802 – 1885) aforizmlərini təqdim edir:

-Kişilər ova çıxır, qəniməti qadınlar çırpışdırır.

-Qadına tez-tez tabe olmaq lazımdır ki, bəzən onu idarə etmək hüququ qazanasan.

-Sevgidən ölmək – onunla yaşamaq deməkdir.

-Qırx - gəncliyin qocalığı, əlli – qocalığın gəncliyi.

-İnsanı dəyişmək üçün onun nənəsindən başlamaq lazımdır.

-Komplementlə rübəndin üstündən öpüş, eyni şeydir.

-Yuxusuzluq gecənin insanla məzələnməyidir.

-Populyarlıq xırda pul sayağı şöhrətdir.

-Azadlıq ironiyadan başlayır.

-Qərib ölkədə səyahətçi hamının tez bir zamanda boşaltmağa can atdığı pul kisəsidir.

-Diplomat sizə hər şeyi verə bilər, öz hisslərindən başqa.

-İnsanın böyüklüyü onun boyuna görə müəyyənləşmədiyi kimi, xalqın da böyüklüyü onun sayına görə müəyyənləşmir.

-Avropalılar arsında istənilən müharibə vətəndaş müharibəsidir.

-Kim ki, məktəb açır, o, həbsxanaları bağlayır.

-Cəmiyyət iki kateqoriyadan olan vətəndaşları sevmir: bir ona hücum edənləri, bir də onu müdafiə edənləri.

-Həyat mahnı, ölüm isə onun nəqəratıdır.

# 2512 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news