Mübariz Cəfərli: “Əvvəllər Kamü, sonra Sartr, indi heç biri...”

Mübariz Cəfərli: “Əvvəllər Kamü, sonra Sartr, indi heç biri...”
calendar 6 mart 2017
clock 11:29

“Ədəbiyyat qəzeti” “Dilemma” adlı yeni layihəyə başlayır. Bəzən elə an gəlir ki, o vaxt seçim etməli olursan, özü də yaxşı və ya pis arasından deyil, iki yaxşı arasından. Bu layihədə müsahiblər “bu və ya bu” tipində suallar veriləcək. Qoy, öz seçimlərini etsinlər.

Cavabları təqdim edirik. Qonağımız Mübariz Cəfərlidir.

- Poeziya, yoxsa proza?

- Proza...

- Rəsm, yoxsa heykəltəraşlıq?

- Rəsm.

- “Molla Nəsrəddin”, yoxsa “Füyuzat”?

- “Molla Nəsrəddin.”

- Oxu tar, yoxsa oxuma tar?

- Oxu tar.

- Folkner, yoxsa Heminquey?

- Heminquey...

- Ənənə, yoxsa müasirlik?

- Müasirlik...

- Elm, yoxsa din?

- Dini inkar etməyən elm...

- Aşıq musiqisi, yoxsa muğam?

- Muğam...

- Sartr, yoxsa Kamü?

- Əvvəllər Kamü, sonra Sartr, indi heç biri... O mərhələ keçib...

- Teatr, yoxsa kino?

- Kino.

- “Məhşər”, yoxsa “İdeal”?

- Məhşər.

- Düma, yoxsa Coys?

- Coys.

- Realizm, yoxsa posdmodernizm?

- Əsl sənət...

- Hüseyn Cavid, yoxsa Cəfər Cabbarlı?

- Hüseyn Cavid.

- Sənət sənət üçün, yoxsa sənət xalq üçün?

- Sənət üçün...

- Heca vəzni, yoxsa sərbəst?

- Sərbəst şeir.

- Dostoyevski, yoxsa Tolstoy?

- Tolstoy.

- “Əsərlərimi yandır” deyə vəsiyyət edən Kafka, yoxsa dostunun sözünə əməl etməyən Maks Brod?

- Kafka. Verdiyin sözə həmişə əməl eləmək lazımdı...

- Bakı, yoxsa mədəniyyət mərkəzi Paris?

- Heç biri... Tənha bir ada...

- Oxucunun istəyi, yoxsa müəllifin diqtəsi?

- Müəllifin diktəsi...

# 1741 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news