[b]Salam Sarvanın hekayəsi[/b] - MƏTN

[b]Salam Sarvanın hekayəsi[/b] - MƏTN
calendar 12 fevral 2018
clock 11:00

Kulis.az Salam Sarvanın “Qənirə Paşayeva haqda hekayə”sini təqdim edir.

(Kənan Hacıya və Nəsimi Nəbizadəyə həsr olunur)

Kirli bir çarpayının üstündə uzanmışdım; tavanda yellənən tənha lampa hər iki tərəfimdəki çarpayıları da işıqlandırırdı və başa düşdüm ki, məni xəstəxanaya gətiriblər.

Bir az gözləri açıq qaldım; heç nə haqda düşünmür, heç nəyi xatırlamırdım, sadəcə, yataqda olmağımın ləzzətini çıxarırdım. Düzü, əvvəlki vaxtlarımda belə xəstəxanadan baş götürüb qaçardım, amma kimsə qulağıma deyir ki, mən həmin adam deyiləm artıq. Döşəkağılar bozarıb, döşəyin nəm üzlüyündən saman iyi gəlir. Eybi yox! Bədənim bu kor-kobud döşəkağıların üstündə dincəlir amma...

Ayağa qalxıb bir addım atdım; mənə elə gəldi ki, ikinci addıma gücüm çatmayacaq. Başımda ağırlıq, ayaqlarımda zəiflik hiss edirdim. Bir az gözləyəndən sonra özümü ələ aldım və sərt addımlarla qapıya sarı getdim. Kandardan son dəfə palatama baxdım: sarsıldım, hiss elədim ki, Allah bilir, bu neçə vaxtda bu otaq mənim əzizimə çevrilibmiş. Onu boş və qapısıaçıq qoyub çıxdım.

Çöldən uğultu gəlirdi. Məni saran bu səs basabasında kin dolu bağırtıları mərhəmət dolu haraylardan, lağlağı gülüşü ahdan, sözü hay-küydən ayıra bilmirdim; hamısı beynimdə nağara ritmi kimi səslənən ümumi bir tappa-turupda qarışıb-birləşirdi.

Keyləşmiş halda gözlərimi dükanların qarşısındakı yazıların üzərində gəzdirdim.

Qəribə bir maraq məni dönüb bir şeyə baxmağa vadar elədi. Bu, idrakın son diktəsi idi. Amma bədənim sözə baxmadı, boynum keyidi.

Mən yalnız böyürdən Bakının o iki qülləsindən birini görə bildum: o biri bunun arxasında gizlənmişdi.

Taksi gedirdi; dükanlar yanımdan üzüb keçir, yazılı, şəkilli, qızıl suyuna çəkilmiş lövhələr bir-birini əvəz edirdilər.

Baxışlarımla geri ötürdüyüm dükanların sırası hansısa küçədə birdən-birə qırıldı, camaatın uğultusu daha bərkdən gəlməyə başladı; taksi gözlənilmədən dayandı və mən, az qala, maşının içində yıxılacaqdım. Bu zaman düşünüdüm: hardasınız Qənirə xanım, niyə dadıma çatmırsız?!

Məni bu düşüncədən qəfil bir fikir mələyi yayındırdı... O tənha lampa niyə yellənirdi ki?

Bayaq qulağıma: "Sən artıq həmin adam deyilsən" - pıçıldayan səs dilləndi:

"Pəncərə açıq idi otağında, skvaznyakdandı..."

# 2608 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
Norma
Norma
menu pen all_news