Ola bilər, biz görmədik Şuşanı... - ƏLİSƏMİD KÜRDƏN YENİ ŞEİR

<b>Ola bilər, biz görmədik Şuşanı...</b> - <span style="color:red;">ƏLİSƏMİD KÜRDƏN YENİ ŞEİR
calendar 8 avqust 2017
clock 12:16

Kulis.az Əlisəmid Kürün yeni şeirini təqdim edir.

ÜRƏYİMƏ DAMIB, KÖNÜL ARİF,

SƏN ŞEİR OXUYACAQSAN CIDIR DÜZÜNDƏ!

Ola bilər, biz görmədik Şuşanı...

Ola bilər,

Aqil Abbas yetmədi Ağdama –

Dizinə, başına döyə-döyə

Qocaldı Milli Məclisdə...

Ola bilər...

Ola bilər,

Zakir Fəxri yuxusunda görür Şuşanı, ola bilər,

Ola bilər,

Vaqif Bayatlı küsüb getmədi Cocuq Mərcanlıya,

Ramiz Rövşən – Miskanlıya...

Ola bilər...

Ola bilər,

Şərif Ağayar görmədi Laçını,

Mələyə-mələyə qaldı Hərami düzündə...

Ola bilər...

“Mən Şuşadanam” deyirsən,

Olsun...

Mən o gün bilmişəm, sən Şuşadansan,

Sən şüşə kimisən, sözü oxşayan qızım,

Şuşaya oxşayan qızım!..

Biz aldanmışıq,

Bizi aldadıblar,

Könlünə dəyməsin xarı bülbülün

Ondan bir tanə deyil,

Ondan min cürəsi var Balu adasında...

Bizi aldadıblar,

Biz aldanmışıq.

Ola bilər, biz görmədik Şuşanı...

Ola bilər,

Aqil Abbas yetmədi Ağdama –

Dizinə, başına döyə-döyə

Qocaldı Milli Məclisdə...

Ola bilər...

Ola bilər,

Zakir Fəxri yuxusunda görür Şuşanı, ola bilər,

Ola bilər,

Vaqif Bayatlı küsüb getmədi Cocuq Mərcanlıya,

Ramiz Rövşən – Miskanlıya...

Ola bilər...

Ola bilər,

Şərif Ağayar görmədi Laçını,

Mələyə-mələyə qaldı Hərami düzündə...

Ola bilər...

Biz qocaldıq, “Şuşa” deyə-deyə

Şüşəyə, Şuşaya oxşayan Könül Arif!

Ürəyimə damıb, sən şeir deyəcəksən Cıdır Düzündə

Boynunu bükməzsən bənövşə kimi

Sən şeir deyəndə Cıdır Düzündə.

Minarələr dağılıb,

Şuşa öz yerindədir,

Sözü oxşayan balam,

Ürəyimə damıb, sən şeir oxuyacaqsan Cıdır Düzündə

Baban Həsənqulu kişinin dağılmış darvazasına baxa-baxa...

# 1065 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news