“Bir məktub da yazmadız, ürəyiniz dəmirmi?...” – Krım Tatar Bayatıları

“Bir məktub da yazmadız, ürəyiniz dəmirmi?...” – <span style="color:red;">Krım Tatar Bayatıları
calendar 18 may 2019
clock 15:45

Kulis.az Krım tatar bayatılarını (mani və şınlar) təqdim edir

Qayadan endim bu güñ

Əlimdə altın güyüm.

Hər gün gördüyüm yarı

Nə dün gördüm nə bu gün

Gözləriniz kömürmi?

Keçən güñlər ömürmi?

Bir məktup da yazmadız

Ürəyiñiz dəmirmi?

Qartal uçdu uzağa,

Qanad açdı qabağa

Toplanmışdıq bir yerə

Neçin getdik uzağa?

Gecə düşdü yat artıq

Ertə oyan çat artıq

Məndən sənə xeyir yox

Xəyalından at, artıq

Hicrət vacib dedi

Mollalarımız

Gəl ki kiçik idi

Balalarımız

Qan qırmızı açdı güllər

Kim qoxlayacaq&

Yiyəsiz qaldı qəbirlər

Kim yoxlayacaq?

Mavi başmaq geyərsəñ

Neçün boynıñ əyərsən?

Dogru söylə nazlı yar

Hansımızı sevərsən?

Ay doğar, ay atlanar,

Bu dərdə kim qatlanar?

Mənim ahu-zarımdan,

Havalar bulutlanar!

Yel əsəndə getirir

Sünbül-lalə qoxusuun.

Bir məktup da yazayım

Gözəl yarım oxusun

Dağlar dağladı məni,

Görən ağladı məni.

O zalımın övladı

İpsiz bagladı məni

Su axar büllur-büllur,

Ətrafı qızılgüldür.

Əhli-hal göyərçinlə,

Mənə bir xəbər bildir.

Gül əkdim əkin-əkin,

Aldırdım əlimdəkin.

Hər kəs məndən hal sorar,

Bilmədən könlümdəkin.

Çaldığım bir bağlama,

Qara gözlüm ağlama.

Mən buralı deyiləm,

Mənə könül bağlama.

Qəfəsdə bülbül inlər,

Onun səsin kim dinlər?

Mənim könlümdə sənsən,

Sənin könlündə kimlər?

Sən hardasan, bilmirəm,

Göz yaşımı silmirəm,

Hər kəs məni şən bilər,

Mən ürəkdən gülmürəm

Qarşının çöllərində,

Amunun (Amudərya nəzərdə tutulur-red) lillərində,

Mən səni unutmadım

Ayrılıq illərində!

# 2420 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news