Nizami Cəfərov: “Oğlana Zəhra adı qoyan cəzalandırılmalıdır” - POLEMİK

Nizami Cəfərov: “Oğlana Zəhra adı qoyan cəzalandırılmalıdır” - <span style="color:red;">POLEMİK
calendar 17 noyabr 2015
clock 15:49

Son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan, oğlana isə qız adı qoyulub.

Ədliyyə Nazirliyinin mətbuata açıqlanan statistikasına görə, 7 oğlana Aygün, 4 qıza Səxavət, 3 qıza Ədalət, 25 qıza Nurlan, 4 qıza Rövşən, 23 qıza Hüseyn, eyni zamanda, daha 23 qıza Məhəmməd, 86 oğlana Zəhra adı verilib.

Kulis bu məsələsi ilə bağlı AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun fikirlərini öyrənib. O, bildirib ki, valideyn istədiyi adı təklif edə bilər, ancaq VVAQ idarələrinin ixtiyarı yoxdur ki, o adları təsdiq eləsin və şəhadətnamə versin. Əgər kimsə buna yol veribsə, təbii ki, cəzalandırılmalıdır. VVAQ idarələrinə siyahılar verilib, o siyahılara əsasən oğlanlara oğlan. Qızlara qız adı verilməlidir. Düzdür, Arzu, İsmət kimi ortaq adlar da var. amma əsasən bizdə adlar cinsinə görə fərqlənir. Qız Məhəmməd, oğlana Zəhra adı verilə bilməz.

“Bu cür məsələlər qanunla necə tənzimlənə bilər?” – sualına cavab verən N.Cəfərov bunları söyləyib: “Elə şeylər var ki, ona adət qanunu deyirlər. Qanunvericilikdə ümumi tövsiyə olunur, ancaq xüsusi qanunla tənzimlənmir. Məsələn, yasda gülmək, toyda ağlamaq... Olmaz axı. Bu bir adətdir. Bunun üçün qanun lazım deyil ki. VVAQ idarələrini verilən siyahı bu məsələni tam təsbit edir”.

Sözünün sonunda bəzi adların az və ya çox qoyulması ilə bağlı nöqsanlara toxunan millət vəkili bildirib ki, buna qanunla heç bir qadağa yoxdur, sadəcə bu barədə düşünmək lazımdır ki, eyni adlar ifrat dərəcədə kütləviləşməsin.

# 988 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news