Muğam müsabiqəsinin qalibi: “Alim Qasımovdan dərs almaq istərdim” - SÖHBƏT

<span style="color:red;">Muğam müsabiqəsinin qalibi:  “Alim Qasımovdan dərs almaq istərdim” - <span style="color:red;">SÖHBƏT
calendar 31 oktyabr 2017
clock 16:25

Kulis.az oktyabr 25-də on bir respublika arasında keçirilən 9-cu Beynəlxalq Muğam müsabiqəsində "GRAND PRIX" mükafatını qazanan Zibər Zamanova ilə söhbəti təqdim edir.

- Zibər, öncə özün haqda məlumat verərdin...

- Mən Zamanova Zibər Baxşeyiş qızı, 2002-ci ildə Bərdə rayonunun Göyüşlü kəndində anadan olmuşam. Laçın rayonu "Vəliuşaqlı kənd tam orta məktəbi"nin onuncu sinfində oxuyuram. Dərslərim də yaxşıdı. Məktəbimizdə savadlı müəllimlər var, hər şey yaxşıdı.

- Dərslərin necə gedir?

- Yaxşıdır. Gözəl müəllimlərim var. Hər şey qaydasındadır.

- Əslən laçınlısan, amma Laçını görməmisən. Oralar haqda nə bilirsən?

- Laçın haqda valideynlərimdən çox eşitmişəm. Bilirəm ki, Laçının gözəl təbiəti, saf adamları var. Ən böyük arzularımdan biri Laçını görməkdi.

- Səncə, adam görmədiyi bir yeri necə sevə bilər?

- Görməsəm də ora mənim ana vətənimdir. Vətənimi çox sevirəm

- Bu yaxınlarda ölkəmizdə on bir respublika arasında keçirilən "Beynəlxalq uşaq muğam festivalı"nda "GRAND PRIX" mükafatını qazanmısan. Səni təbrik edirik. Necə keçdi festival, rəqiblərin güclüydülərmi?

- Çox sağ olun. Hə, zəif rəqiblər deyildilər. Güclülərin arasından seçilmək də bir başqa sevincdir.

- Bildiyim qədəri ilə muğam müəllimin atandır. Adamın müəlliminin öz valideyni olması maraqlı hissdir...

- Bu hissi sözlə izah eləmək çətindir. Atamın tələbəsi olmağımla qürur duyuram.

- Laçında səsi gözəl olan oxuyanlar çox olub. Bu gün də var. Amma sırf muğam üzrə çox az adam gedib. Sənə çətin gəlmir ki, bu yol?

- Çətin də olsa artıq bu yolu seçmişəm. Çalışacam ki, öhdəsindən gələm.

- Hansı musiqiləri dinləyirsən?

- Adətən öz milli musiqilərimizi, ustadları dinləyirəm. Atam həm də gözəl saz ifaçısıdır. Evimizdən saz səsi əskilməz. Xarici musiqiləri də dinləyirəm.

- Ümumiyyətlə, atandan sonra kimdən dərs almaq istəyərdin?

- Gələcəkdə muğam dərslərini davam etdirmək üçün ali məktəbə imtahan verəcəyəm. Muğam ustadlarının hamısına sayğım var, ancaq Alim Qasımovdan dərs almaq istəyərdim.

- Alim müəllim adını çəkmişkən, yarışmaların birində Alim Qasımov səni çox bəyənib. Bu məsuliyyətin yükünü çiyinlərində necə hiss edirsən?

- Onda uşaq idim, uçmağa qanadım yox idi. Bəlkə də elə bu sevginin məsuliyyətinə görə mükafatı qazana bildim.

- Son olaraq "maye"də bir sual da verim. Müsabiqənin sonunda sənə verilən maddi mükafatı müəlliminlə necə paylaşdın?

- ... (Gülür)

Söhbətləşdi: Saqif Zeynal

# 1039 dəfə oxunub

Oxşar xəbərlər

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
test basliq

test basliq

18:20 5 noyabr 2024
Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

15:00 1 noyabr 2024
menu pen all_news