“Yuğ” Teatrı beynəlxalq festivalda mükafat qazandı

“Yuğ” Teatrı beynəlxalq festivalda mükafat qazandı
calendar 22 iyun 2023
clock 12:10

Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan "Teatral İmereti" beynəlxalq teatr festivalında çıxış edib. Sözügedən festival Gürcüstanda Kutaisidə yerləşən Mesxişvili Dövlət Teatrında keçirilib.

Kulis.az xəbər verir ki, teatrdan verilən məlumata görə, hər il keçirilən bu festivala 20-dən çox ölkə qatılıb. Festival çərçivəsində “Yuğ” Teatrı V.Şekspirin “III Riçard” əsəri əsasında, bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluşunda "Lənət" tamaşasını nümayiş etdirib. Səhnə əsəri beynəlxalq festivalın ən orijinal tamaşası seçilib və mükafat qazanıb.

Tamaşada rolları Əməkdar artist Qasım Nağı, aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva və Zümrüd Qasımova ifa ediblər.

# 972 dəfə oxunub

Oxşar xəbərlər

"Bu romanda hər şey ötəridir, səthidir..." -  Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

"Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi

12:21 17 iyun 2025
Yeni xeber

Yeni xeber

11:39 17 iyun 2025
Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

Nahid Hacızadə İsmayıl Şıxlı - Mirvaridə osetrin kababı

12:58 29 noyabr 2024
Paris hekayələri - Sabir Əhmədli

Paris hekayələri - Sabir Əhmədli

18:24 21 noyabr 2024
Rakı şüşəsində balıq olmaq istəyən şair

Rakı şüşəsində balıq olmaq istəyən şair

16:34 21 noyabr 2024
Tezer Özlü "Sarı və dumanlı"

Tezer Özlü "Sarı və dumanlı"

14:02 21 noyabr 2024
menu pen all_news