Kulis.az şairə Esmira Məhiqızının Vaqif Səmədoğluna həsr etdiyi şeiri təqdim edir
Gecələri bilirəm uşaqlığımdan,
nənəmin gizli dualarından tanıyıram...
- Lap balaca xoşbəxtlik olurdu əvvəllər... – Esmira Məhiqızının şeirləri
- Saçlarımın bəyazından əsir gecə küləyi – Esmira Məhiqızının yeni şeirləri
- Onda qar yağmamışdı – Esmira Məhiqızı yazır...
göz yaşları ay işığına bulaşırdı...
ay işığına bulaşmış göz yaşlarıydı
nənəmin gizlin duaları...
Güllü yorğanımın altından
görürdüm nənəmin
ay işığı titrəyən dodaqlarını...
bir soru var...
Deyirəm, göydə küçələr varsa,
o küçələrin adları da var.
sən hansı küçədəsən, şair!
indi o küçələrin adını bilirsənmi...?
Xoşbəxtlik deyə... bir şey varmı.
bəlkə çaşıb qalmısan göyün gözəlliyində...
bəlkə biləsən...
Uzaqlar yaxındı, yoxsa... göylər...
yoxsa... uzaq, yaşıl adalar.
neçə addım olar burdan yoxluğuna.
oralarda... nə var, nə yox, şair!