Əkrəm Əylisli də “Xocalı” abidəsini ziyarət edib

Əkrəm Əylisli də “Xocalı” abidəsini ziyarət edib
calendar 26 fevral 2013
clock 13:39

Yazıçı Əkrəm Əylisli bu gün Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” xatirə kompleksini ziyarət edib. Bu barədə Kulis.Az-a yazıçının özü açıqlama verib.

Yazıçının dediyinə görə o, hər il abidəni ziyarət edir: “Bu il də ziyarət etdim. Mənim bu addımım təəccüb doğurmamalıdır”.

Yazıçı abidəni ziyarət edərkən, heç bir təzyiq və təhdidlə üzləşmədiyini də bildirib.

Qeyd edək ki, Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında qalmaqal yaranıb.

view 6851 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news