Bir də gördün fotodu adam – GÜNÜN ŞEİRİ

Bir də gördün fotodu adam – GÜNÜN ŞEİRİ
calendar 29 avqust 2016
clock 10:08

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Ələkbər Salahzadə: “Bir də gördün”

Bir də gördün beşikdi adam,

Bir də gördün bəbədi,

Bir də gördün uşaqdı adam,

Bir də gördün babadı.

Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu.

Bir də gördün oddu adam

Bir də gördün ot oldu.

Bir də gördün adamdı adam

Bir də gördün ad oldu.

view 3679 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news