Açıq gözlərini döyür küləklər – Günün şeiri

Federiko Qarsiya Lorka, ispan şair

Federiko Qarsiya Lorka, ispan şair

calendar 19 avqust 2022
clock 10:40

Bu gün İspaniya vətəndaş müharibəsinin başlanğıcında, 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüş məşhur şair Federiko Qarsiya Lorkanın anım günüdür. Kulis.az “Günün şeiri” layihəsindən onun “Gözlənilməz” şeirini təqdim edir.

Köksündə qanlı bıçaq
səssizcə uzanıb qalıb küçədə.

Bu yerdə,
bu şəhərdə
tanıyan yox onu bircə nəfər də.

Necə də,
necə də titrəyir, Allah,
başının üstdəki yarımcan fənər!

Ağarır dan yeri,
açılır səhər,
açıq gözlərini döyür küləklər.

Di gəl,
bircə nəfər
qabağa durmur,
bağlamır yazığın göz qapağını.

Eləcə
uzanıb qalıb küçədə,
eləcə köksündə qanlı bir bıçaq,
bircə kəs də onu tanımır ancaq...

Tərcümə: Mahir N.Qarayev


view 3776 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news