Kimsə sevməsin səni

Kimsə sevməsin səni
calendar 15 avqust 2013
clock 13:57



Qəlbimə baş çəkim istədim...

Olduğu yerdə tapmadım...

Gedib dedilər...Küsər, getməz, dedim...

- Niyə?...

- Onu birinə bağışlamaq istədim...Xəyanət bildi...

Adı cəsarətin simvoludu deyib...

Allaha sığındım ürəklə...

Amma ürəksiz...

Tapdım!

Heç kimə bağışlama, mənim kimi sevməz dedi...

Barışdıq!...Bir yerdə tam olduq...

Allah bəndəsi yəni...

Kimsə sevməsin səni artıq, dedi...

Bəndəsiyəm, Allahdamı?... düşündüm...Soruşmadım amma...

Çox sual Allaha da yükdü...Bezər, qaçar...Adım allahsız olar...

view 2150 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news