Gözümü çəkdim dünyadan-Kənan Hacı

Gözümü çəkdim dünyadan-<span style="color:red;">Kənan Hacı
calendar 11 avqust 2015
clock 13:16

Kulis Kənan Hacının yeni şeirini təqdim edir.

****

bu söz deyəsən

azıb yolunu,

sinəmi döyəcləyən səs

ünvanını səhv salmış

yolçu kimidi,

bu söz buz kimidi,

adamı yaman üşüdür...

can üstə olan xəstənin

səsinə bənzəyir bu səs,

birdəfəlik küsdüm

qara günümdə

əlimdən tutmayan sözdən,

yolunu azmış sözü

daş kimi sıxdım ovcumda

və...

gözümü çəkdim dünyadan...

view 1455 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news