“Çölçü” 6 yeni mükafata layiq görüldü

“Çölçü” 6 yeni mükafata layiq görüldü
calendar 22 iyul 2020
clock 19:30

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Böyük Britaniya, Sinqapur və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə altı mükafata layiq görülüb.

“Çölçü” filmi “Falcon International Film Festival”da (iyun 2020, London) “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafat qazanıb. Həmçinin, “World Film Carnival” (may–iyun 2020, Sinqapur) və “Rosebud International Film Festival”da (yanvar-iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıblar.

“Çölçü” filmi “Panjim International Film Festival”da (aprel–iyun 2020, Hindistan) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, ən yaxşı rejissor, ən yaxşı prodüser) mükafatlara layiq görülüb.

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda elan olunub.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, prodüseri M.Hətəmov, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər. /azertag.az/

# 2132 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news