“Çölçü” filmi 4 yeni mükafat aldı

“Çölçü” filmi 4 yeni mükafat aldı
calendar 24 aprel 2020
clock 15:39

Şamil Əliyevin “Çölçü” filmi MONT. BLANC İNTERNATİONAL MOVİE FEST 2020 (Fransa, Paris) beynəlxalq festivalında bir neçə kateqoriya üzrə mükafatlara layiq görülmüşdür.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunmuşdur.

“Çölçü” 4 kateqoriya üzrə qalib elan olunmuşdur: Ən Yaxşı Bədii film (rejissor Şamil Əliyev), Rejissor nailiyyətinə görə mükafat (Şamil Əliyev), Ən Yaxşı Operator (Rafiq Quliyev), Ən Yaxşı montaj (Fərid Axundov, Rafiq Quliyev)

2012-ci ilin istehsalı olan Şamil Əliyevin “Çölçü” filminin gündəmdə olmasının səbəbi, rejissorun sözlərinə gürə “Bunun səbəbi filmin qldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan Dünya ilə milli özgür mədəniyyət arasındakı antroploji katastrofa filmin əsas niyyətini təşkil edir ”

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 69 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

# 2631 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news