"Nəsimi" filmi yenilənmiş versiyada təqdim olundu

"Nəsimi" filmi yenilənmiş versiyada təqdim olundu
calendar 21 dekabr 2019
clock 14:15

“Nəsimi ili” çərçivəsində “Nizami Kino Mərkəzində tanınmış Azərbaycan rejissoru Həsən Seyidbəylinin “Nəsimi” bədii filminin yenilənmiş versiyası tamaşaçılara təqdim edilib.

Kulis.az xəbər verir ki, ekran əsərinin yenilənmiş versiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Balans” milli rəqəmsal studiyasında ərsəyə gətirilib.

Gecədə filmin elektron versiyası üzərində aparılan işlər barədə danışılıb. Qeyd edilib ki, qrup artıq iki filmin bərpasını yerinə yetirib. Mədəniyyət Nazirliyinin birgə layihəsinə müvafiq olaraq, daha 15 filmin bərpası gözlənilir.

Bildirilib ki, “Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olan “Nəsimi” filmini yüksək peşəkarlıqla bərpa edərək yenidən tamaşaçılara təqdim edir.

Ekranda filmin bərpadan əvvəlki və sonrakı vəziyyəti nümayiş olunub.

“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, “Nəsimi” filminin yenilənmiş versiyasının bugünkü təqdimatı Prezident İlham Əliyevin Sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illiyi ilə bağlı 2019-cu ilin “Nəsimi ili” elan edilməsi çərçivəsində keçirilir.

Film 1973-cü ildə, Nəsiminin 600 illiyi şərəfinə çəkilib. Kinoda Nəsimi obrazını Azərbaycanın Xalq artisti Rasim Balayev ifa edib.

Təqdimatda filmdə Fatimə rolunu canlandıran Xalq artisti Xalidə Quliyeva və digər aktyorlar çıxış ediblər.

Sonra “Nəsimi” filminin bərpadan sonra ilk nümayişi olub.

# 6396 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news