Azərbaycan filmi beynəlxalq festivalda

Azərbaycan filmi beynəlxalq festivalda
calendar 12 iyul 2011
clock 16:25
İyul ayının birinci on günlüyündə 40 minə yaxın tamaşaçı kinofestivalın müsabiqə və müsabiqənkənar proqramlarına daxil edilmiş 200-dən çox bədii və sənədli filmə tamaşa ediblər.
Festivalın qaydalarına uyğun olaraq müsabiqəyə ən geci keçən il çəkilmiş filmlər qəbul edilir.
Kulis.az-ın “Azərtac”a istinadən verdiyi xəbərə gör festivalda qalib gəlmiş filmlərin adları təntənəli mərasimdə elan edilib. Avropanın aparıcı kino xadimlərinin daxil olduğu münsiflər heyətinin xüsusi mükafatı rejissor Viktor Ginzburqun “Generation P” adlı tammetrajlı filminə (Rusiya və ABŞ kinematoqrafçılarının birgə istehsalı) verilib.
İsrailli rejissor Yozef Madmoninin “Bərpaçı” filmi festivalın “Büllur qlobus” baş mükafatına layiq görülüb.
“Qərbdən Şərqə” müsabiqə seksiyasında “Generation P” filmi ilə yanaşı Nikolay Xomerikanın “Qəlbin bumeranqı” və rejissor Murad İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” filmləri də təqdim edilib. Hər iki film Rusiya, Azərbaycan və Bolqarıstan kinematoqrafçılarının birgə istehsalıdır.
Karlovı Varı kinofestivalı Avropada ən qədim kinofestivallardan biridir. Kann kinofestivalı kimi o da 1946-cı ildən keçirilir.
Günel ƏSGƏRZADƏ
# 730 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news