Recep İvedik nə qədər qazanır?

Recep İvedik nə qədər qazanır?
calendar 30 iyul 2011
clock 11:34
Azərbaycanda da çox sevilən türk filmi “Recep İvedik”in dördüncüsü bu il ekranlara çıxmadı.

Recep İvedik rolunun ifaçısı və filmin müəllifi aktyor Şahan Gökbakar 2008-ci ildən bəri hər fevral ayında filmin yeni bölümünü təqdim edirdi.

Filmlərin rejissoru - Şahanın qardaşı - Togan Gökbakar bu il hərbi xidmətə getdiyinə görə məşhur komediya ustası “Recep İvedik”ə ara vermək məcburiyyətində qalıb.

Bu il “Recep İvedik-4” filmi ekranlara çıxmadığına görə Şahan Gökbakar qazanacağı milyonlarla puldan da məhrum olub.

30 yaşlı aktyor aktyor 2011-ci ildə büdcəsini artırmaq üçün ancaq reklamlara çəkilib.

Keçən il “Recep” təxminən 2 milyon manat qazanmışdı.

Hər filmdən sonra özünə bahalı villa və maşın alan “İvedik” bu il pulunu ehtiyatla xərcləyir.

Aktyor bu il “Astoria Residence”dən 700 min manata aldığı evlə gündəmə gəlib. Bundan daha bahalı alış-verişi olmayıb.

Gənc komediya ustası hər filmdən orta hesabla 1 milyon 500 min manat (3 milyon lirə) gəlir götürür.

Çəkildiyi bir içki reklamından 160 min manat qazanıb.

Aktyor Türkiyənin ən böyük mobil operator şirkəti olan “Türkcell”in reklamlarından 1 milyon 700 min manat əldə edib.

Bu il isə şirkətin yeni reklam proyektindən isə Gökbakar nə az nə çox 3 milyon manat alacaq.

Qeyd edək ki, “Recep İvedik-1” Türkiyə kino tarixində ən çox izlənilən filmdir.

Elmin HƏSƏNLİ
# 2945 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news