Venetsiya film festivalı başlayır

Venetsiya film festivalı başlayır
calendar 4 avqust 2011
clock 10:49
Bu il avqustun 31-dən sentyabrın 10-a qədər keçiriləcək beynəlxalq Venetsiya film festivalında dünyanın bir çox məşhur rejissorlarının ekran əsərləri yer alacaq.

Festivalın favoritlərindən biri olan Roman Polanski fransız dramaturqu Yasmin Rezanın “Qırğın” pyesi əsasında çəkdiyi eyniadlı filmlə təmsil olunacaq.

“Milçəklər”, “Avtoqəzalar” filmlərinin müəllifi, kanadalı Devid Kronenberq müsabiqəyə “Təhlükəli üsul” filmini təqdim edib. Filmdə baş rolu oynayan Kira Naytli psixi xəstə obrazını yaradıb.

Ümumiyyətlə, builki Venetsiya festivalında amerikalı rejissorlar üstünlük təşkil edir.

2009-cu ildə Venetsiyada “Müharibə vaxtı həyat” filminin ssenarisinə görə mükafat alan amerikalı Todd Solondz müsabiqəyə “Qara at” filmi ilə gəlir.

Digər amerikalı Abel Ferrara kino bayramına “4:44: Yer üzündə son gün” layihəsi ilə qatlacaq.

Başqa amerikalı rejissor Uilyam Fridkin “Killer Co” ekran işini təqdim edəcək. Filmdə qardaş və bacı peşəkar killer tutaraq sığorta almaq məqsədilə analarını qətlə yetirirlər.

Fransız Filipp Harrel müsabiqədə aktirsa və rəssamın sevgi hekayətini anladan “Qızmar yay” dramı ilə iştirak edəcək. Filmdə baş rolu Monika Beluççi oynayır.

İtaliyanı festivalda tənha anadan bəhs edən “Gecə olanda” lenti ilə Kristina Komençini və “Yeni dünya” filminin rejissoru Emannuel Krialeze təmsil edəcək.

“Persepolis” komiksi ilə məşhurlaşan iranlı rejissor Mərcanə Sərtapi fransız həmkarı Bvensana Paronno ilə birlikdə “Qara gavalılı cücə” filmi ilə mübarizə aparacaq.

Müsabiqədən kənar proqramda da xeyli film nümayiş olunacaq. Onlardan biri Madonnanın W.E. debüt filmidir.

Festival Corc Kluninin “The Ides of March” siyasi trilleri və Viktor Kosakovskinin “Yaşasın antipodlar” sənədli lenti ilə açılacaq.

Rəna Nevzat
# 1006 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news