Pasolininin qatilini həqiqi qatil oynayacaq

Pasolininin qatilini həqiqi qatil oynayacaq
calendar 12 avqust 2011
clock 12:52
İtalyan rejissor Pyer Paolo Pasolininin öldürülməsi ekranlaşdırılır, aktyor isə onun həqiqi qatilidir...

Italyan rejissor Pyer Paolo Pasolininin öldürülməsi ikinci dəfə ekranlaşdırılacaq. Bu dəfə Pasolininin qatili rolunu onun əsl qatili Pino Pelosi canladıracaq.

Pelosi 1975-ci ildə Romanın turistik bölgəsi Ostiada Pasolinini maşını ilə əzib öldürüb. 17 yaşlı qatil Pelosi homoseksaul rejissorun onunla pul qarşılığında münasibət yaşaması və çox aqqresiv davranmasına görə onu öldürmək məcburiyyətində qaldığını deyib.

Qatil filmdəki rolu haqda: “Məkan eyni, qatil də mən. Gecələr kabuslar görməyə başlamışam. Amma cəzamı artıqlaması ilə çəkmişəm” deyə açıqlama verib.

İtalyan rejissorun öldürülməsi ilk dəfə 1995-ci ildə “Pasolini- Bir italyan cinayəti” filmi ilə ekranlara gəlib. İndiki filmin rejissoru isə Federiko Brunodur.

Günel ƏSGƏRZADƏ
# 1199 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news