“Supermen”in uçma bacarığı və qüvvətli qolları, “Betmen” ağlı və gücü, “Hörümçək adam” isə biləyindən çıxan hörümçək torları ilə dünyanı xilas etmək üçün yola çıxıblar.
- Türkan Şoraya fəxri doktor adı verilib
- Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq
- Muğam Mərkəzinə “Beynəlxalq” statusu verildi
Artıq bu super qəhrəmanlara daha biri əlavə olundu. Onun fərqi ilk müsəlman olmasıdır.
Amerikalı rejissor Coel Lingin çəkdiyi və İslam dünyasının ilk super qəhrəmanından bəhs edən “Bəndəyar”ın çəkilişləri başa çatıb.
Baş rolunu Ümid Olcayın oynadığı filmin əksər aktyorları elə türk mənşəlidir. Filmin İslam dinini terrorizm mənbəyi olaraq görənlərə cavab olaraq çəkildiyi deyilib.
Bütün insanlarla dost gözü ilə baxan Bəndəyar dünyanı qarışdırmağa çalışan amerikan agentlərə qarşı vuruşacaq. Bəndəyar “pis insanlar”ı telepatiya ilə zərərsizləşdirəcək: “Hansı ölkənin vətəndaşı olduğun və ya dini mənsubiyyətin fərqi yoxdur. Pissənsə, qarşında məni görəcəksən”, - ismarışını verəcək.
Filmin premyeralarından biri İstanbulda, digəri Məkkədə olacaq.
Günel Əsgərzadə