Festivalı Corc Kluninin əsas proqrama daxil olan “The Ides of March” siyasi dramı açıb. Süjetin əsasında Amerikada prezident seçkiləri dayanır. Kluni filmdə həm də baş rollardan birini ifa edir.
- Mədəniyyət Nazirliyi tələbə filmlərinin istehsalına dəstək göstərəcək
- "Baku Jazz 2024" festivalı başlayır
- Məhəmməd peyğəmbərlik səlahiyyətini necə qazanmışdı? - Rəhim Əliyev
Sonra isə rus rejissoru Viktor Kosakovskinin “Yaşasın antipodlar” sənədli lenti göstərilib.
Əsas proqram çərçivəsində 22 film təqdim olunacaq. Onların arasında məşhur rejissorlar A.Sokurovun, R.Polanskinin, D.Kronenberqin, F.Harrelin ekran işləri var.
Amma rejissor R.Polanski 30 il əvvəl törətdiyi seksual zorakılığa görə beynəlxalq axtarışda olduğundan festivala qatıla bilməyəcək. Onun bir çox Avropa ölkələrinə, həmçinin İtaliyaya girişi qadağandır.
Jürinin sədri 2008-ci ildə Venesyada “The Wrestler” dramına görə “Qızıl Şir” alan Darren Aranofskidir.
Rəna Nevzat