“Mahmud və Məryəm” film olur

“Mahmud və Məryəm”  film olur
calendar 6 sentyabr 2011
clock 12:47
Türkiyə və Azərbaycanın müştərək istehsalı olan “Mahmud və Məryəm” adlı film çəkiləcək.

Filmin baş məsləhətçisi, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova: “Filmlə əlaqədar çox ciddi hazırlıq görülüb. Filmin rejissoru Mətin Hüseyn sentyabrın 6-da İngiltərədən gələcək. Eyni zamanda quruluşçu rəssamla da danışıqlar aparılır. Türkiyənin çox tanınmış aktyorları filmdə rol alacaq. Lakin tam dəqiqləşmədiyi üçün adların deməyəcəyəm”,- deyə film haqda məlumat verib.

Məlahət Abbasova onu da qeyd edib ki, filmin baş qəhrəmanı Məryəm obrazının azərbaycanlı olmasına qərar verilib: “Məryəmi azərbaycanlının oynaması çox böyük fürsətdir. Bu da Məryəmi oynayacaq gənc qızın həyatını dəyişdirə bilir. Onu da deyim ki, filmi “24 kare” film şirkəti və “Salnamə” studiyası birgə hazırlayacaq”.

Aktrisa vurğulayıb ki, filmin Balkan, Ərəb, Avropa ölkələrinə satışı üçün indidən tədbirlər görülür: “Filmin otuz altıdan çox xarici ölkədə eyni anda nümayişi düşünülür. “Mahmud və Məryəm”in məsləhətçisi də mənəm. Filmdə Qəmərbanu rolunu oynayacağam”.
# 1933 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news