“Oskar” almaq istəyən bəzi filmlər məlum oldu

“Oskar” almaq istəyən bəzi filmlər məlum oldu
calendar 19 sentyabr 2011
clock 11:50
Amerika Kino Akademiyasının Oskar mükafatını qazanmaq üçün “ən yaxşı xarici film” nominasiyasına təqdim edilən bəzi filmlərin adı bəlli olub.

Finlandiyadan bu mükafat uğrunda rejissor Aki Kaurismyakinin “Havr” filmi mübarizə aparacaq. Film sadə bir avropalının Afrikadan olan mühacir uşağa yardımından bəhs edir.

Almaniyanı məşhur rejissor Vim Vendersin alman rəqqasəsi və xoreoqrafı Pina Bauşdan bəhs edən 3D formatında çəkdiyi “Pina” sənədli filmi təmsil edəcək.

Yeri gəlmişkən, sənədli lentin Oskara “ən yaxşı xarici film” nominasiyasında iddia etməsi nadir hallardandır.

Polşadan isə mübarizəyə Aqneşka Hollandın İkinci Dünya müharibəsi zamanı xırda cinayətkarların yəhudiləri xilasından danışan “Zülmətdə” dramı qatılacaq.

Rusiyanın hansı filmlə təmsil olunacağı haqda bu gün məlumat veriləcək. Ölkənin Oskar komitəsi keçirəcəyi iclasda üç filmin namizədliyinə baxacaq: Andrey Zvyagintsevin “Yelena”, Nikita Mixalkovun “Günəşdən yorulanlar-2” və Aleksandr Sokurovun bu il Venetsiyada “Qızıl Şir”i qazanan «Faust» filmi.

Rəna Nevzat
# 1593 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news