Gənc tamaşaçılar teatrı beynəlxalq festivalda iştirak edəcək
Gənc tamaşaçılar teatrı noyabrın 14-dən 21-dək Rusiyanın Sankt-Peterburq şəhərində II “ArtOkraina” Beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edəcək.
Kulis.az AzərTAc-a istinadən bildirir ki, festivalda Əməkdar Artist Şövqi Hüseynov P.Zyüskindin “Kontrabas” mono-tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru mərhum sənətkar, Xalq Artisti İrina Perlovadır.
Polşa, Ukrayna, Belarus, Almaniya, İsveç və digər ölkələrin də qatılacağı festivalda “Kontrabas” tamaşası noyabrın 16–da nümayiş olunacaq.
“Kontrabas” tamaşası artıq 15 ildir oynanılır və dəfələrlə İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilmiş beynəlxalq teatr festivallarında mükafata layiq görülüb.

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım
12:00
1 noyabr 2024

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu
11:15
1 noyabr 2024

O ölsə də, qadağası qüvvədə olacaq
10:56
1 noyabr 2024

80 yaşlı aktyoru filmə çəkmirlər
18:17
31 oktyabr 2024

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?
17:00
31 oktyabr 2024

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”
15:20
31 oktyabr 2024