Şəfiqə Məmmədova Beynəlxalq Kinofestivala dəvət edilib
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, xalq artisti Şəfiqə Məmmədova noyabr ayında Minskdə keçiriləcək "Listopad" Beynəlxalq Kinofestivalına fəxri qonaq kimi dəvət edilib. İttifaqdan APA-ya verilən məlumata görə, qurum rəhbərinə bu dəvət Belarus Kinematoqrafçılar İttifaqı tərəfindən olunub. Səfər çərçivəsində Ş.Məmmədovanın Belarus Kinematoqrafçılar İttifaqının 50 illiyinə həsr edilmiş yubiley tədbirlərində iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, Belarus və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı arasında qarşılıqlı tədbirlərlə bağlı razılıq əldə olunub. Səfər çərçivəsində bu barədə ətraflı müzakirələr aparılacaq.
Xatırladaq ki, Belarus və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı arasında qarşılıqlı tədbirlərlə bağlı razılıq əldə olunub. Səfər çərçivəsində bu barədə ətraflı müzakirələr aparılacaq.
Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım
12:00
1 noyabr 2024

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu
11:15
1 noyabr 2024

O ölsə də, qadağası qüvvədə olacaq
10:56
1 noyabr 2024

80 yaşlı aktyoru filmə çəkmirlər
18:17
31 oktyabr 2024

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?
17:00
31 oktyabr 2024

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”
15:20
31 oktyabr 2024