“Buta” filmi “Oskar”a təqdim olunub

“Buta” filmi “Oskar”a təqdim olunub
calendar 1 oktyabr 2012
clock 12:42
Oskar Milli Komitəsinin üzvü Əli İsa Cabbarovun APA-ya verdiyi məlumata görə, film ilkin mərhələdən uğurla keçib. Film beynəlxalq festival və müsabiqələrdə qazandığı uğurlara görə komitənin seçimi ilə Amerikaya göndərilib: “Buta” filmi artıq “Oskar”ın ilkin siyahısına daxil edilib və bu siyahıda 40 film var. Növbəti mərhələ 12, son mərhələyə isə beş film keçəcək. Bu il on iki film sırasına düşsək, bu, çox böyük uğur olar. Çünki “Buta” həqiqətən də beynəlxalq layihələrdə uğurlar əldə edir”.

Komitə üzvünün sözlərinə görə, film “Ən yaxşı xarici film” nominasiyasında təqdim olunub. Ötən illər ərzində Milli Komitə tərəfindən “Oskar”a “Qala” və “Sahə” filmləri göndərilib. Ə. Cabbarovun sözlərinə görə, növbəti mərhələnin yekunları dekabr ayında açıqlanacaq.

“Buta” filmi “Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə istehsalıdır. Filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifi Ramiz Fətəliyev və İlqar Nəcəfdir. "Buta" filmi artıq Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib.

Film Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci il “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olub, Keyptaun (CAR) şəhərində keçirilən “Cape Winelands Film Festival”ın Qran-pri mükafatını və ABŞ-ın “World Fest – Houston International Film Festival”ında “Platinum Remi” mükafatını əldə edib. Bundan başqa film “Humay” Milli Mükafatının da laureatı olub.
# 1588 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news