Əli Əmirlinin “Varlı qadın” komediyası Krımda
Sentyabr ayında Başqırdıstanın Ufa şəhərində keçirilən Beşinci “Tuqanlıq” Beynəlxalq Teatr festivalında Dağıstanın Kumık Dövlət Musiqili Dram teatrı kollektivinin ifasında iki nominasiya üzrə əsas mükafata layiq görülmüş “Varlı qadın” komediyası bu dəfə Ukraynanın Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərində yerləşən 110 yaşlı Krım-Tatar Akademik Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Noyabrın 5-də və 6-da premyerası baş tutmuş tamaşanın quruluşçu rejissoru Ukraynanın əməkdar artisti Rinat Bektaşevdir. Tamaşaçıların hərarətlə qarşıladığı komediyanın növbəti premyerası noyabrın 20-də olacaqdır.
“Varlı qadın” Krım teatrının Azərbaycan dramaturgiyasına üçüncü müraciətidir. Bundan əvvəl teatr Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını və Elçinin “Şekspir” əsərini “Xəstə könül” adı ilə tamaşaya qoymuşdur.
Onu da qeyd edək ki, Əli Əmirlinin “Varlı qadın”ı ölkəmizin əksər teatrlarında, o cümlədən Akademik Milli Dram Teatrında, habelə Tacikistan, Qırğızıstan, Qazaxıstan, Rusiya və Özbəkistanın bir sıra teatrlarında tamaşaya qoyulmuşdur.

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım
12:00
1 noyabr 2024

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu
11:15
1 noyabr 2024

O ölsə də, qadağası qüvvədə olacaq
10:56
1 noyabr 2024

80 yaşlı aktyoru filmə çəkmirlər
18:17
31 oktyabr 2024

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?
17:00
31 oktyabr 2024

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”
15:20
31 oktyabr 2024