“Mesenat” yeni quruluşda - AFİŞA

“Mesenat”  yeni quruluşda - AFİŞA
calendar 12 may 2011
clock 14:50
Dramaturq Əli Əmirlinin milyonçu Hacı Zeynalabdin Tağıyevin ailə dramından bəhs edən “Mesenat” adlı əsəri uzun sürən fasilədən sonra Akademik Milli Dram Teatrının repertuarına bərpa olunub. 2005-ci ildə əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnələşdirilmiş bu əsərdə baş rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Şükufə Yusupova, Firəngiz Mütəllimova, İlham Əsgərov, əməkdar artistlər Sənubər İsgəndərli, Mehriban Xanlarova, Kazım Abdullayev, Vəfa Rzayeva və teatrın digər aktyorları oynayırlar. “Mesenat”ın növbəti nümayişi mayın 14-ü və 26-na planlaşdırılıb.

Yeri gəlmişkən, “Mesenat” əsəri “Qafqaz” Universiteti yanında fəaliyyət göstərən Teatr studiyasının həvəskar aktyorlarının ifasında da tamaşaya hazırlanıb.

Tələbə aktyorlar xalqımızın yaddaşında xeyirxah əməlləri ilə dərin izlər buraxmış Hacının tale dramını ölkəmizin bir sıra şəhərlərində və Türkiyədə də göstərmək niyyətindədirlər. İlk tamaşa bu gün, mayın 12-də Dövlət Gənc Tamaşaçılar Teatrında olacaq. Tamaşanın quruluşçu rejissoru sənətşünaslıq namizədi Zəminə Axundovadır. Bu tamaşa rejissorun və Teatr studiyasının Əli Əmirli yaradıcılığına ikinci müraciətidir. 2010-cu ildə dramaturqun “Ağqoyunlular və Qaraqoyunlular” dramı əsasında hazırlanmış tamaşa Şamaxı, Sumqayıt, Xırdalan şəhərlərində göstərilib.

Ramilə QURBANLI
# 1780 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news