Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa etmişlər. Ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov; bədii rəhbər Cəmil Quliyev; filmin prodüseri Nəriman Məmmədovdur.
- “Aşıq dastanları”nın ikinci cildi nəşrə hazırlanır
- "Vəhşi robot"un rejissoru: "Növbəti film üzərində işləyirəm"
- "Çılpaqlığı ilə desəm, biabırçılıq olacaq" - Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə verdi
Xatırladaq ki, 2010-cu ildə “Sahə” “Xarici dildə ən yaxşı film” kateqoriyasında 83-cü illik Oskar mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürülüb. Əsas rollardan birinin ifaçısı olan Timur Oduşev Hollivudun Gənc İstedadlar Mükafatının (Hollywood Young Artists Award) 32-ci təqdimetmə mərasimində “Best Performance in an International Feature Film” nominasiyasında mükafat alıb.