Kulis.az-ın Associated Press agnetliyinə instinadən verdiyi xəbərə görə danimarkalı rejissor Lars fon Trier Kann kinofestivalının təşkilatçıları tərəfindən persona non grata elan edilib.
- Kəndin müdafiəsi üçün tank alan Səxavət Məmmədov - Onun qəbrinin üstü niyə götürülməmişdi?
- XIX Bakı Caz Festivalı başa çatdı
- Silahlı hücuma məruz qaldı, keçmişindən imtina etdi, əri ona iftira atdı - Tünzalə Ağayeva haqqında maraqlı faktlar
Buna səbəb rejissorun bir neçə gün öncə mətbuat konfransında nasist olması haqda replikasi olub. Trier hətta Hitlerə bir az rəğbət bəslədiyini də dilə gətirib.
Sonra o, bunu zarafat adlandıraraq ictimaiyyətdən üzr istəyib.
Kinofestivalın bəyanatında “Melanxoliya” filminin müsabiqə proqramında qalıb-qalmadığı haqda dəqiq məlumat verilmir.
Amma France-Presse agentliyinin verdiyi xəbərə görə, tədbirin təşkilatçıları filmə qarşı hər hansı sanksiya tətbiq etməyiblər.
Hətta “Melanxoliya” nəzəri cəhətdən rejissorlara “Qızıl palma budağı” ala bilər. Amma Trier şəxsən mükafat verilməyəcək. Filmə çəkilən aktyor və aktrisalar isə mükafat almaq imkanlarınızı saxlayırlar.
Trierin filmləri əvvəllər də bir neçə dəfə “Qızıl palma büdağı”na nominant olub. 2000-ci ildə isə rejissor bu mükafata “Qaranlıqda rəqs edənlər” filminə görə layiq görülüb.
Aygün ASLANLI