Öpüş uşaqlara ziyandır PROTEST

Öpüş uşaqlara ziyandır PROTEST
calendar 27 may 2011
clock 11:37
“Billboard” mükafatları gecəsi yaşanan ən maraqlı hadisələrdən biri Rihanna ilə Britni Spirsin öpüşməsi olub. ABC telekanalından yayımlanan gecədə baş verən bu hadisə amerikan valideynləri hiddətə gətirib.

Kulis.az “Deadline.com” portalına istinadən xəbər verir ki, televiziya üzrə şurada valideynlər belə kadrların axşam saat 8-də verilməsini tənqid ediblər. Valideynlər mükafatlandırma gecəsində baş verən hadisənin təsadüf olduğuna inanmadıqlarını və bunun əvvəlcədən təşkil olunduğunu qeyd ediblər.

Mayın 22-si keçirilən mükafatlandırma gecəsində pop-ulduzlar Rihannanın “S&M” mahnısını ifa etmək üçün səhnəyə çıxıblar. Çıxışın sonunda isə öpüşüblər.

Qeyd edək ki, Britni Spirs bundan əvvəl də belə şou yarada bilmişdi. O, 2003-cü ildə “MTV Musiqi Mükafatları” axşamında Madonna ilə öpüşərək hər kəsi şoka salmışdı.

Valideynlər Disney kompaniyasına məxsus olan televiziya rəhbərliyinə şikayət ərizələri göndəriblər.

Televiziya üzrə Valideyn Şurası ABC telekanalında uşaqların psixologiyasına təsir edə biləcək proqramlara, filmlərə senzuranın müəyyən olunması məqsədilə yaradılıb.

Günel ƏSGƏRZADƏ
# 1504 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news