İki dəfə evlənib boşanan artistlərin həyatı film oldu

İki dəfə evlənib boşanan artistlərin həyatı film oldu
calendar 2 iyun 2011
clock 12:12
Paramount studiyası Sem Keşner və Nensi Şonberqin “Çılğın sevgi” (Furious Love) bestsellerinin ekranlaşdırma hüququnu alıb.
Kulis.az-ın məlumatına görə roman XX əsrin ən qalmaqallı sevgi hekayətindən - Hollivud ulduzları Elizabet Teylor və Riçard Bertonun münasibətlərindən bəhs edir.

Filmi çəkmək məşhur rejissor Martin Skorsezeyə həvalə ediləcək.
Skorseze klassik hekayətlər həvəskarıdır və zaman-zaman müxtəlif mövzularda sənədli filmlər işləyir.

“Kleopatra”nın çəkilişləri zamanı rastlaşan Teylor (Kleopatra)və Bertonun (Mark Antoni) kinodakı sevgisi tezliklə real həyata keçir. Cütlük sonralar birgə çox filmlərdə rol alır.

Iki dəfə evlənib boşanan cütlüyün birinci nigahı 10 il sürsə də, ikinci nigahı heç bir il də çəkmir.

Teylorun ölümündən sonra aktrisanın həyatı kinoşirkətlərin diqqətini çox çəkir. Hər şeydən əvvəl isə studiyaları keçən il nəşr olunan və yüksək satışı olan “Çılğın sevgi” romanı maraqlandırır.
Bu romanın ekranlaşdırma hüququnu Natali Portmanın və “Kral danışır” filmnin ssenaristi Devid Saydlerin də almaq istəməsi deyilirdi.

Sonucda bu hüqüqu əldə edən Paramount bəyan edib ki, Bertonun və Teylorun varisləri ilə fəal əməkdaşlıq ediləcək.


Rəna NEVZAT
# 1517 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news