“Sahə”nin mükafat almadığı sahə qalmadı

“Sahə”nin mükafat almadığı sahə qalmadı
calendar 7 iyun 2011
clock 16:01
“Narimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi (ssenari müəllifi və rejissor İlqar Safat) “Zolotaya Pektoral” Beynəlxalq Truskavets Kino Festivalında “Ən yaxşı operator işi” nominasiyasında mükafata layiq görülüb.

Bu barədə Kulis.az-a “Nərimanfilm” kinostudiyasından məlumat verilib. Festival iyunun 2-dən 5-dək olan müddətdə Ukraynanın Truskavets şəhərində keçirilib. Təntənəli mükafatlandırma mərasimi iyunun 4-də olub.

“Zolotaya pektoral” – müasir kino festivalıdır. Bu il festivalda Kann və Berlin festivallarının nominantları olmuş filmlərlə yanaşı, Rusiya, Gürcüstan, Azərbaycan, Argentina, Kuba, Latviya, Fransa kimi ölkələrin, həmçinin Ukraynanın son zamanlarda istehsal etdiyi filmlər də nümayiş olunub.

Müsabiqə proqramına televiziya filmləri, bədii filmlər (tam və qısametrajlı) və sənədli filmlər təqdim olunub, nominasiyalarda jüri tərəfindən seçilmiş 12 film 12 nominasiyada (ən yaxşı rejissor işi, ən yaxşı bədii film, ən yaxşı sənədli film, ən yaxşı musiqi, ən yaxşı operator işi, ən yaxşı kişi rolu, ən yaxşı qadın rolu, ən yaxşı bədii film üçün tamaşaçı mükafatı, ən yaxşı sənədli film üçün tamaşaçı mükafatı, ən yaxşı qısametrajlı film, keçmişə ekspedisiya) qiymətləndirilib.

2011-ci ildə festivalın Jürisi Konstantin Stoqniy, Andrey Bekkendorf, Lidiya Fedoseyeva-Şukşina, Sergey Bordenyuk və Vasiliy Fedorişin kimi kinematoqrafçılarla təmsil olunub.

“Ən yaxşı operator işi” mükafatı filmin rejissoru İlqar Safata təqdim olunub. Ukraynadakı Azərbaycan Səfirliyinin konsultantı Yeganə Qafqazlı “Sahə” filminin rejissoru ilə görüşərək ona yaradıcılıq uğurları arzulayıb.

Ramilə Qurbanlı
# 1160 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news