Aprel şəhidi haqqında sənədli film çəkilir

Aprel şəhidi haqqında sənədli film çəkilir
calendar 28 avqust 2020
clock 17:56

2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Babək Abidovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir.

Filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Şabran rayonunun Zeyvə kəndində aparılır. Ekran işinin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatorları Rizvan Hacıyev və Mais Allahverdiyevdir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində ərsəyə gələcək filmin sentyabr ayının sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub. “Aprel Qəhrəmanı” adlı ekran işi “ARB Media Qrup”a daxil olan “ARB Günəş” kanalında yayımlanacaq.

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Babək Abidov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb. /azertag.az/

# 2685 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news