Filmimiz Parisdə nümayiş olundu

Filmimiz Parisdə nümayiş olundu
calendar 19 oktyabr 2020
clock 18:49

Parisdə “Cinematheque” kinoteatrında Kann festivalının 59-cu “Tənqid həftəsi”nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında yer alan azərbaycanlı rejissor Teymur Hacıyevin “Axşama doğru” qısametrajlı ekran əsərinin təqdimatı olub.

Azərbaycanlı rejissorun filmi fransız kinosevərlər tərəfindən maraqla qarşılanıb. “Semaine de la Critique 2020” etiketindən faydalanmaq hüququ qazanan 10 qısametrajlı ekran əsərindən nümayiş olunan ilk 5 film arasında azərbaycanlı rejissorun filmi də yayımlanıb. Ekran əsərinin ictimaiyyətə nümayişi oktyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, “Tənqid həftəsi” fiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq və onları, eləcə də kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib. Bu il COVID-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə başlayan “Tənqid həftəsi”ndə 10 qısametrajlı film “Semaine de la Critique 2020” etiketindən faydalanmaq imkanı əldə edib.

Xatırladaq ki, T.Hacıyevin prodüseri olduğu “Ayrılıqda” (“Torn” ) filmi hələ 2014-cü ildə Kann festivalının “Rejissor ikihəftəliyi” proqramına daxil edilib.

Bakı Dövlət Universitetinin İqtisadi kibernetika üzrə bakalavr və Vest Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnmiş T.Hacıyev 2013-cü ildə “FIL production” şirkətini təsis edib. ABŞ-da “Palm Springs ShortFest” qısametrajlı film festivalında premyerası olan “Yara” ilk qısametrajlı filmini 2013-cü ilin sentyabrında tamamlayıb. 2015-ci ildə çəkdiyi “Şanxay, Bakı” qısametrajlı filmi Finlandiyada Tampere Film Festivalında nümayiş olunub. “Duz, istiot zövqə görə” filmi Rotterdam Beynəlxalq Film Festivalında ilk dəfə təqdim edilib. /azertag.az/

# 2409 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news