“Nobel qardaşlarının ilk uğuru” filmi növbəti festivalda nümayiş ediləcək. Belə ki, film Almaniyanın Frankfurt şəhərində keçiriləcək “Golden Tree International Documentary” (“Qızıl Ağac” ) Film Festivalının siyahısına daxil olunub.
Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Onun sözlərinə görə, bu festival müxtəlif sivilizasiyalara və mədəniyyətlərə yönəlmiş keyfiyyətli filmləri tanıtmaq məqsədi daşıyır.
- "Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar
- “Dəli yığıncağı” tamaşası nümayiş olunacaq
- Regiona böyük töhfə - Hophopnamə Kitab Mərkəzi
Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xəqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub. /azertag.az/