Istanbulda Beynəlxalq Qısametrajlı Film Festivalı keçiriləcək

Istanbulda Beynəlxalq Qısametrajlı Film Festivalı keçiriləcək
calendar 24 iyul 2021
clock 17:18

Avqustun 27-dən 29-dək İstanbul şəhərində “Diaspor - Beynəlxalq Qısametrajlı Film Festivalı” keçiriləcək.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Festival Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Radio Televiziya Qurumunun (TRT) dəstəyi, Boğaziçi Kültür və Sənət Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdiriləcək.

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin yaydığı məlumata əsasən, ilk dəfə təşkil olunan festival kinonun, incəsənətin cəmiyyətləri birləşdirən gücünün ortaya qoyulması, eləcə də Türkiyənin və diaspor icmalarının yerləşdiyi ölkələrin mədəni və bədii həyatında perspektiv imkanların yaradılması məqsədi daşıyır.

Müsabiqənin şərtlərinə görə, müəlliflər festivala ölkələrindəki diaspor cəmiyyətlərinin həyatını real və bədii şəkildə təsvir edən qısametrajlı filmlər təqdim etməlidirlər. Ekran əsərləri multikulturalizm, birgə yaşayışın müxtəlif təzahürləri, mədəni qarşılıqlı təsir, sosial tolerantlıq, miqrasiya kimi mövzuları əhatə etməlidir.

Filmlər iyulun 30-a kimi https://www.diasporafilmfestival.com/basvuru-formu elektron ünvanına göndərilməlidir.

Qalib filmlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.

Azərtag.az

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
Norma
Norma
menu pen all_news