Kann kinofestivalının rəmzi açılış mərasimi keçirildi

Kann kinofestivalının rəmzi açılış mərasimi keçirildi
calendar 29 oktyabr 2020
clock 15:43

Fransanın Kann şəhərində Kann kinofestivalının rəmzi açılış mərasimi olub.

Üç gün ərzində 4 tammetrajlı ekran əsəri təqdim olunacaq və qısametrajlı filmlər arasında müsabiqə keçiriləcək.

Festivalın rəhbəri Pyer Leskür bildirib ki, kinoforumun bu formatda keçirilməsi bütün kino sənətçilərinə dostluq və hörməti ifadə edir: “Burada bütün təhlükəsizlik tədbirləri görülüb. Dəvət olunanlara mütləq qoruyucu maskaların taxılması və sosial məsafənin qorunması zərurəti barədə məlumat verilib”.

Qısaldılmış formatda keçirilən festivalın açılış mərasimində fransalı rejissor Emmanuel Kurkolun “Zəfər” ekran əsəri nümayiş olunub. Növbəti iki gün ərzində tamaşaçılar, həmçinin yaponiyalı rejissor Naomi Kavasenin “Əsl analar” və “Başlanğıc” adlı gürcü filmini seyr edə biləcəklər.

Festivalın sonuncu günü Fransa istehsalı olan, Bruno Podalidesin “İki Alfred” ekran əsəri göstəriləcək.

Kinofestivalın təşkilat komitəsi ümid edir ki, tədbirin bu şəkildə keçirilməsi istehsalçıları yeni filmlərin buraxılışını təxirə salmamağa sövq edəcək. /azertag.az/

# 2070 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news