Mirzə Cəlil haqqında filmin Tiflisdə premyerası olub

   Mirzə Cəlil haqqında filmin Tiflisdə premyerası olub
calendar 4 mart 2020
clock 09:34

Dünən Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub.

“Salnamə” kinostudiyasının istehsal etdiyi, Mirzə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş sənədli filmin xaricdə ilk premyerasıdır.

Filmin premyerası Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Filmin prodüseri Nazim Hüseynov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elxan Rüstəmovdur.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək Mirzə Cəlil yaradıcılığı ilə bağlı məlumat verib, böyük ədib haqqında filmin çəkilməsini onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ölkəmizdə ədəbiyyatın, mədəniyyətin və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin Mirzə Cəlilin anadan olmasının 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncamını diqqətə çatdırıb. Dövlətimizin başçısının bu cür sərəncamlarını görkəmli ədiblərimizin yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib.

Sonra ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyev, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva və başqaları çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında lentə alınıb.

Qeyd edilib ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar lentə alınan filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində, Ağcabədi rayonunda və Qori şəhərində aparılıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub. Filmə C.Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı faktlar da daxil edilib.

Sonra film nümayiş edilib.

azertag.az

# 2159 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news