Pyes müsabiqəsi elan edildi

Pyes müsabiqəsi elan edildi
calendar 5 iyun 2020
clock 12:41

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Səbail rayonu İcra hakimiyyəti, BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı, Azərbaycan UNESCO Assosiasiyası, ASAN Könüllüləri Təşkilatı və "Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizə mövzusunda "Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsi elan edir.

Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni sənətin mövzusuna çevirməkdir.

Müsabiqənin şərtləri:

- Pyeslərin mövzusu koronavirus pandemiyası ilə mübarizə günlərinin ab-havasını, bu zaman kəsiyində baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməlidir.

- Pyeslər daha əvvəl heç bir yerdə çap olunmamalı, internet resusrlarda yayımlanmamalı və səhnələşdirilməməlidir.

- Müsabiqəyə 40.000 (qırx min) işarədən artıq olmayan birpərdəli pyeslər qəbul olunur.

- Pyesin mətni üçün tələblər - şriftin qarnituru "Times New Roman” 12, sətirlər arası interval 1, faylın formatı "doc.” A4.

- Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

- Müsabiqədə yaşı 35-ə kimi olan müəlliflər qatıla bilərlər.

- Müsabiqədə iştirak edənlər iyul ayının 31-nə qədər pyesləri teatrın elektron ünvanına göndərməlidirlər. ([email protected])

- Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini (telefon nömrəsi) məktuba əlavə etməlidir.

Qeyd edək ki, təqdim olunan əsərlər teatrın təşkil etdiyi münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib pyes seçiləcək və əsərə bu ilin sonuna qədər teatr səhnəsində quruluş veriləcək. Həmçinin pyes “Azərbaycan” dərgisində işıq üzü görəcək.

Ən yaxşı pyeslər teatrın rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət nazirliyinə təqdim olunacaq ki, başqa teatrlarda da hazırlanması tövsiyə olunsun.

# 2686 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news