Qısametrajlı Film Mükafatı təsis edildi

Qısametrajlı Film Mükafatı təsis edildi
calendar 17 aprel 2020
clock 17:10

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) “ISESCO Rəqəmsal Ev” təşəbbüsünün “Distant Mədəniyyət” layihəsi çərçivəsində İSESCO Qısametrajlı Film Mükafatını elan edir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, mükafat gəncləri bədii yaradıcılığa həvəsləndirmək, onların bədii və sənədli filmlər istehsal etmək istedadlarını üzə çıxarmaq və sülh mədəniyyətini yaymaq məqsədi daşıyır.

Mükafat həmçinin film istehsalını təşviq etmək, ISESCO-nun Qısametrajlı Filmlər Fondunu qurmaq, "həyat iqtisadiyyatı" və gələcək iş formaları, yaradıcılıq, istehsalat və iş yerlərinə dair gələcək təxminləri formalaşdırmağa kömək etmək məqsədlərinə də xidmət edir.

Mükafat ən yaxşı 3 qısametrajlı filmə müvafiq olaraq 8.000 ABŞ dolları, 6.000 ABŞ dolları və 4.000 ABŞ dolları məbləğində olmaqla veriləcək.

Əlavə olaraq, müsabiqədə iştirak edən filmlər aşağıdakı kateqoriyalara bölünməlidir: dram, sənədli, irs və folklor, bəşəri dəyərlər, sağlamlıq və ətraf mühit, uşaq filmləri, koronavirus (COVID-19) dövründəki gündəlik həyat və komediya. Filmdə səsli danışıq olmadan təbii səslər və ya musiqi (təbiət və heyvan filmləri) ola bilər.

Müsabiqədə iştirak üçün, qısametrajlı film:

  1. Xronometrajı 4 dəqiqədən çox olmamalıdır;

  1. Əvvəllər hər hansı başqa bir müsabiqəyə təqdim edilməmiş olmalıdır;

  1. Bəşəri, dini və ya milli dəyərlərə xələl gətirməməlidir;

  1. İSESKO-nun üç rəsmi dilindən (ərəb, ingilis və fransız) birində subtitr yazısı olmalıdır;

  1. Bu email ünvanına göndərilməlidir: [email protected].

ISESCO həmçinin bəyan edir ki, Üzv Dövlətlərin Milli Komissiyaları və səlahiyyətli tərəfdaşlar Mükafatın elan edilməsində iştirak edəcək və İSESCO qaliblərin seçimi üçün münsiflər heyəti təyin edəcək. Mükafatlar Mərakeş Krallığının Rabat şəhərində, İSESCO-nun baş qərargahında baş tutacaq xüsusi mərasimdə təqdim ediləcək.

Təqdirəlayiq haldır ki, ISESCO “Distant Mədəniyyət” təşəbbüsü çərçivəsində aşağıdakı yaradıcılıq sahələrinin hər biri üzrə üç tələbəyə mükafat ayırıb: Qısa hekayə yazmaq, rəsm çəkmək; və musiqi kompozisiyası və ya digər yaradıcı məhsul yaratmaq. Mükafatlar müvafiq olaraq 6.000 ABŞ dolları, 4.000 ABŞ dolları və 2.000 ABŞ dolları məbləğindədir.

Mükafat üzrə nominasiyalarla bağlı suallar Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir.

E-mail: [email protected]

# 2013 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news