Rejissorumuz beynəlxalq mükafat aldı

Rejissorumuz beynəlxalq mükafat aldı
calendar 11 iyun 2021
clock 14:36

Azərbaycanlı rejissor Teymur Qəmbərovun “Quxuroba” filmi MDB ölkələrinin “Dostluq” gənc kinematoqrafçıların beynəlxalq kino məktəbi tənqidçilərinin əsas mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, MDB ölkələri gənc kinematoqrafçıları beynəlxalq kino məktəbinin beşinci mövsümü bu il Gürcüstanın Batumi şəhərində gəncləri bir araya gətirib. Kino məktəbinin təşkil etdiyi müsabiqə proqramına 14 ölkədən 31 film daxil olub.

Teymur Qəmbərov beynəlxalq kino məktəbinin müsabiqəsi barədə fikirlərini bölüşüb: “Tədbirdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Hər bir iştirakçıya xüsusi diqqət var idi. Kino məktəbi yüksək səviyyədə təşkil edilmişdi. “Quxuroba” filmimiz kino tənqidçilərinin əsas mükafatına layiq görüldü. Filmi dəyərləndirən hər kəsə minnətdaram”.

“Quxuroba” filmi Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir. O, müdirindən vacib bir tapşırıq alır. Nəyin bahasına olursa-olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır. Bu yolda Rasim cavan bir qadını maşınına alır. Onların danışacaqları bir şey olmasa da, bir-birilərinə söyləyəcəkləri nəsə var. Beləliklə, iki fərqli tale bir yolda kəsişir.

Rejissoru və ssenari müəllifi Teymur Qəmbərov olan filmdə Elxan Səmədov, Roza İbadova Koçamaz, Rada Nəsibova, Cahangir Malik, İlqar Dadaş rol alıb.

# 1851 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news