Rejissorumuzun filmi Batumidə nümayiş olunub

Rejissorumuzun filmi Batumidə nümayiş olunub
calendar 23 sentyabr 2021
clock 18:21

Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə XVI Batumi Beynəlxalq Müəllif Kinoları Festivalı (BIAFF 2021) davam edir.

Azərbaycanın Batumidəki Baş Konsulluğundan verilən məlumata görə, festivalda 30 ölkədən 70-ə yaxın bədii və sənədli tammetrajlı və qısametrajlı filmlər nümayiş etdirilir.

Sentyabrın 23-də azərbaycanlı gənc rejissor Azər Quliyevin “Təngnəfəs” bədii filmi nümayiş olunub.

Bildirilib ki, 2021-ci ildə istehsal olunan 15 dəqiqəlik “Təngnəfəs" filminin rejissoru və ssenari müəllifi Azər Quliyevdir.

A.Quliyev pandemiya səbəbindən filmin nümayişində iştirak etməyib.

Filmdə baş rolları Şala Alıqızı, Azər Aydəmir və Nicat Kazımov ifa edirlər.

Filmdə insanların həyatından bəhs olunur.

Film maraqla qarşılanıb.

Qeyd edək ki, beynəlxalq tədbir Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Batumi meriyası, Milli Kino Mərkəzi, Acarıstanın Mədəniyyət Nazirliyi və digər qurumların təşkilatçılığı ilə reallaşıb.

# 1981 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news