Rüstəm İbrahimbəyovun təriflədiyi gənc rejissorlarımız: “Rövşən İsaq, Hilal Baydarov...”

Rüstəm İbrahimbəyovun təriflədiyi gənc rejissorlarımız: “Rövşən İsaq, Hilal Baydarov...”
calendar 14 oktyabr 2021
clock 13:01

Bu yaxınlarda Rüstəm İbrahimbəyov Milli Kitab sərgisindəki görüşdə maraqlı çıxışı ilə yadda qaldı. Görüşdə iştirak edən bir yaşlı kişi dünya şöhrətli R.İbrahimbəyova sual verir ki, bayaq siz yaxşı rejissorların adlarını çəkdiniz, axı kino yaranmırsa, rejissor necə yaranır.

R.İbrahimbəyov iştirakçının sualına cavab olaraq bildirib ki, hökumət tərəfindən dəstək almayan rejissorlar filmlərini özləri çəkirlər. Daha sonra o, yeni dövr rejissorların və filmlərinin adlarını çəkərək onlar haqda fikirlərini bölüşüb:

“Rövşən İsaqın serialı var. “Pərdə” filmləri... Mən “İkinci Pərdə” filminə baxmışam, çox professional çəkilib, maraqlıdır. Bizim bir neçə istedadlı rejissorumuz var. Hilal Baydarov, Elvin Adıgözəl. Onları tanıyan yoxdur. Çünki prokat yoxdur”.

Rüstəm İbrahimbəyov kinonun acınacaqlı vəziyyətindən danışandan sonra başqa müasir rejissorların da adlarını çəkib:

“İmanovlar qardaşı (Elmar İmanov və qardaşı) və elə burda əyləşən, mənim dostum (Mirbala Səlimli nəzərdə tutulur). Siz “Qırmızı bağ” filmini görmüsünüz? (sual verən iştirakçı “Xeyr” deyir) Bilirsiniz, bu çox acınacaqlı vəziyyətdir. Siz bunları görməmisiniz. Asif Rüstəmovun filmlərini də”.

Dünya şöhrətli bir şəxsin yeni nəslin adını çəkərək onların işinə qiymət verməsi çox gözəl bir hadisədir. Kino industriyasının vəziyyətinin fonunda iş görən və ortaya gözəl filmlər qoyan rejissorları təqdim etməsi insanda ümid yaradır. Hər şeyə mız qoyan, “bizdə yeni kino, ədəbiyyat yoxdur” deyən kəslərin əslində yeniliklərdən xəbərdar olmaması Rüstəm İbrahimbəyovun bu çıxışı ilə bir daha təsdiqləndi. Deməli, "oğlanlar var, şərait yoxdur".

# 4215 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news