Şanxayda Beynəlxalq Kinofestival keçiriləcək

Şanxayda Beynəlxalq Kinofestival keçiriləcək
calendar 30 iyun 2020
clock 18:40

Pandemiya səbəbindən təxirə salınan 23-cü Şanxay Beynəlxalq Kinofestivalın keçirilməsi iyulun sonlarına nəzərdə tutulub.

Məlumatda qeyd olunub ki, bundan öncə festivalın təşkilat komitəsi iyunun 12-13-dənə nəzərdə tutulan tədbiri təxirə salmışdı. Ancaq dəqiq vaxt göstərilməmişdi. Açıqlamada bildirilmişdi ki, koronavirusun yayılmasına baxmayaraq, filmlərin nümayişinə hazırlıqlar davam edir, çünki festivala nəinki ölkə daxilində, eyni zamanda bütün dünyada müxtəlif təşkilatlar tərəfindən maraq göstərilir.

Qeyd edək ki, Şanxay Beynəlxalq Kinofestivalı 1993-cü ildən keçirilir. Festivalın münsifləri heyətinə müxtəlif vaxtlarda Oliver Stoun və digər dünya şöhrətli kinematoqrafçılar daxil olub. Şanxay Beynəlxalq Kinofestivalı artıq yerli tədbir deyil, dünya festivallarından biri sayılır. Uzun illər davam edən festivalın fəaliyyəti nəinki Çinin kino sənayesinə təsirsiz ötüşməyib, hətta beynəlxalq mədəni mübadilə və əməkdaşlıq platformasına çevrilib. /azertag.az/

# 2010 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news