Aktrisa Şəfiqə Qasımovanın doğum günüdür

Aktrisa Şəfiqə Qasımovanın doğum günüdür
calendar 5 dekabr 2023
clock 13:55

Bu gün aktrisa Şəfiqə Qasımovanın doğum günüdür.

Kulis.az xəbər verir ki, Şəfiqə Qasım qızı Qasımova Bakı şəhərində anadan olub.

O, gənc ikən valideynlərini itirib və nənəsinin himayəsində böyüyüb. 14 yaşında Maestro Niyazinin aktyorluq bələdçisi olduğu Musiqili Komediya Teatrında işə başlayıb (1939-1940). Eyni zamanda Azərbaycanda, həm də Rusiyada təhsil alıb.

Aktrisa "Gözün aydın", "Özümüz bilərik", "Səndən mənə yar olmaz", "Qızılaxtaranlar", "Toy kimindir", "Ulduz", "Qayınana", "Nazxanım naz eləyir", "Milyonçunun dilənçi oğlu", "Hicran", və s. kimi tamaşalarda oynayıb. Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məmmədsadıq Nuriyev, Hacıbaba Bağırov, Səyavuş Aslan, Münəvvər Kələntərli, Əzizağa Qasımov, Mobil Əhmədov, Zemfira Quliyeva, Əlihuseyn Qafarlı, Lütfiyar İmanov, İbrahim Şünasi və s. kimi korifeylərlə uzun illər səhnəni paylaşıb.

1960-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

Şəfiqə Qasımova iki dəfə ailə həyatı qurub. Xalq artisti Əşrəf Həsənovla uğursusluğla nəticələn evlilikdən sonra, aktrisa görkəmli pəhləvan, 4 dəfə SSRİ çempionu, əməkdar idman ustası Musa Babayev ilə evlənib.

3 aprel 2008-ci ildə vəfat edib.

# 949 dəfə oxunub

Oxşar xəbərlər

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Federiko Fellini:  “İcazə verin, sizə yeni xatirələr uydurum...”

Federiko Fellini: “İcazə verin, sizə yeni xatirələr uydurum...”

15:20 31 oktyabr 2024
menu pen all_news